ABŞ prezidenti Donald Trampın reytinqi 39%-ə enərək onun ikinci prezidentlik müddəti ərzində ən aşağı səviyyəyə yaxınlaşıb. “Reuters” və “Ipsos”un yeni sorğusuna görə, dəstəyin azalmasının əsas səbəbi seçicilərin Trampın iqtisadi siyasətindən məyus olmasıdır.
Sorğunun nəticələrinə əsasən, mənfi dinamika davam edir: noyabrın ortalarında prezidentin reytinqi 38% təşkil edib, daha sonra 41%-ə yüksəlib, lakin hazırda yenidən 39%-ə enib. Xatırladaq ki, yanvar ayında inaqurasiyadan sonra bu göstərici 47% səviyyəsində olub.







