22 C
Baku
Friday, April 25, 2025

“Reuters” Trampın Ukrayna ilə bağlı yekun təklifini dərc edib

“Reuters” agentliyi ABŞ-nin Rusiya-Ukrayna nizamlanmasına dair daha əvvəl nəzərdən keçirdiyi təkliflərin tam siyahısını təqdim edib. Məlumata görə, ABŞ prezidenti Donald Trampın planına Krımın Rusiya ərazisinin olduğu və Luqansk Xalq Respublikası üzərində nəzarətinin de-fakto tanınması daxildir.

Tənzimləmə planında həmçinin Ukraynanın NATO-ya qoşulmaması tələbi və Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı bənd var.

Ümumilikdə, plana aşağıdakılar daxildir:

– daimi atəşkəs rejimi tətbiq ediləcək;

– hər iki tərəf dərhal Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin texniki aspektləri üzrə danışıqlara başlayacaq;

– Ukrayna etibarlı təhlükəsizlik zəmanəti alacaq;

– Ukrayna NATO-ya üzv olmağa çalışmayacaq;

– ABŞ de-yure Rusiyanın Krım üzərində nəzarətini tanıyacaq;

– ABŞ de-fakto Rusiyanın Luqansk üzərində nəzarətini tanıyacaq;

– ABŞ Zaporojye, Donetsk və Xersonun Rusiyanın nəzarətində olan hissələrini de-fakto tanıyacaq;

– Ukrayna Xarkov vilayətində ərazilərini geri alacaq;

– Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına ABŞ-nin nəzarəti və idarəçiliyi vasitəsilə elektrik enerjisinin hər iki istiqamətə paylanması, eləcə də Kaxovka bəndi vasitəsilə nəzarəti bərpa edəcək;

– Ukrayna tamamilə yenidən qurulacaq və maliyyə kompensasiyası alacaq;

– 2014-cü ildən bu münaqişə nəticəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq;

– Enerji və digər sənaye sahələrində ABŞ-Rusiya iqtisadi əməkdaşlığı təmin ediləcək.

Rusiya və Ukraynadan “səmada, quruda və dənizdə tam və qeyd-şərtsiz atəşkəs öhdəliyi” tələb olunur. Bundan sonra “hər iki tərəf dərhal ABŞ və Avropa ölkələrinin iştirakı ilə texniki icraya dair danışıqlara başlayacaq”.

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun açıqladığı Ukrayna münaqişəsinin nizamlanması planı avropalı müttəfiqlərin təkliflərindən fərqlənir. Əsas fikir ayrılıqları ərazi məsələlərinin həlli ardıcıllığı, Rusiyaya qarşı sanksiyaların ləğvi və Ukraynaya təhlükəsizlik təminatları ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər