28 C
Baku
Saturday, July 27, 2024

Reuters: Zimbabvenin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib

Zimbabvenin hazırkı prezidenti Emmerson Mnanqaqva iknci müddətə yenidən seçilib.

Bu barədə Seçki Komissiyası açıqlama yayıb.

 

Komissiyanın məlumatına görə, Mnanqaqva səslərin hesablanması nəticəsində 52,6 faiz, onun əsas rəqibi Nelson Çamisa isə 44 faiz səs toplayıb.

Çamisanın rəhbərlik etdiyi müxalif “Dəyişiklik Naminə Vətəndaş Koalisiyası” partiyası, seçkilərin nəticələrini tanımadığını söyləyib.

Avqustun 23-də ölkədə prezident və parlament seçkiləri keçirilib.

Daha sonra səsvermə bəzi məntəqələrdə qeydə alınan prosedur pozuntuları ilə əlaqədar bir gün uzadılıb.

Zimbabvenin prezidenti postu uğrunda 11 namizəd mübarizə aparıb.

Son xəbərlər
Digər xəbərlər