Rusiya əsilli Nikolay Storonskinin təsis etdiyi fintex startapı “Revolut” ABŞ-da kriptovalyuta xidmətlərini sentyabrın 2-dən dayandıracaq və oktyabrın 3-dən etibarən onlara girişi tamamilə dayandıracaq.
Qərar bazadakı dəyişikliklər və ABŞ kriptovalyuta bazarındakı qeyri-müəyyənlik səbəbindən qəbul edilib. Startapın sözçüsü bildirib ki, “Revolut” kriptovalyuta xidmətlərinə çıxışı təmin etmək üçün alternativ yollar axtarır və gələcəkdə kripto əməliyyatlarına qayıtmağa ümid edir.
İyun ayında “Revolut” ABŞ-dakı platformasından bir neçə rəqəmsal aktivi silməyi planlaşdırdığını açıqlayıb. Bundan əvvəl isə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) bu və bir sıra digər kriptovalyutaların əslində qeydiyyatdan keçməmiş qiymətli kağızlar olduğunu bəyan edib.
SEC “Binance” və “Coinbase”ni ABŞ-ın qiymətli kağızlarla bağlı qaydalarını pozmaqda ittiham edib. Komissiyanın iddiaları arasında saytların qeydiyyatdan keçməmiş birja, broker və klirinq agentlikləri kimi fəaliyyəti, eləcə də qiymətli kağızların qeydiyyatsız təklifi və satışı var.