9 C
Baku
Sunday, November 10, 2024

“Revolut” Belarusda kartlarının fəaliyyətini dayandırıb

“Revolut” 13 oktyabr 2023-cü il tarixindən etibarən Belarusda bank kartlarına xidmət göstərməyi dayandırıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

“Biz işi bir neçə dəqiqə əvvəl bitirdik – bu gündən etibarən Belarusda ödəniş kartları ilə ödənişləri bloklayırıq”, – mesajda deyilir.

Şirkət öz internet saytında qeyd edir ki, xidmət Belarusa və ya Belarusdan köçürmələri dəstəkləmir.

“Revolut” Litva Bankı tərəfindən verilmiş Avropa İqtisadi Bölgəsi üçün bank lisenziyasına malikdir. 2023-cü ilin payızında Litvanın “Šiaulių bankas”ı da Belarusda kartları ilə ödənişlərin mümkünsüz olduğunu elan edib. “Swedbank” müştərilərinə xəbərdarlıq edib ki, sentyabrın 6-dan etibarən kartlarının ölkədə “ödənişlər üçün istifadə oluna biləcəyinə” zəmanət verə bilməyəcək. “Luminor Bank” isə sentyabrın 25-dən kartların istifadəsini dayandırıb – bu, bütün ödənişlər və nağd pul çıxarılmasına aiddir.

Son xəbərlər
Digər xəbərlər