Rusiya əsilli Nikolay Storonski tərəfindən qurulan ingilis fintex startapı “Revolut” ekvayrinq xidmətini işə salıb.
Banker.az xəbər verir ki, bu barədə “Revolut”un rəsmi saytında deyilir.
Qeyd edildiyi kimi, yeni xidmət müəssisəyə 14 valyutada ödəniş qəbul etməyə imkan verir. Neobank Böyük Britaniya və Avropa İqtisadi Zonasından olan istifadəçilərdən əməliyyatların həcmi seçilmiş plandan çox olduğu təqdirdə 1,3% komissiya tutacaq. Digər şəxslər üçün komissiya 2,8% təşkil edəcək.
“Revolut” komissiyasının rəqibləri ilə müqayisədə daha aşağı olduğunu vurğulayır. Müqayisə üçün “Stripe” 1,4% (+0,2 funt), “Braintree” 1,9% (+0,2 funt), “Mollie” isə 1,8% (+0,25 avro) komissiya tutur. Eyni zamanda “Stripe” kimi şirkətlər illərdir ödəniş xidmətlərini yaxşılaşdırırlar. Məsələn, “Stripe” daha çox ödəniş üsullarını və valyutaları, eləcədə saxtakarlığa qarşı qabaqcıl texnologiyaları dəstəkləyir.