2 C
Baku
Saturday, December 14, 2024

“Revolut” fintex startapı 2019-cu ildə 139,6 milyon dollar zərər edib

2019-cu ildə “Revolut” fintex startapı gəlir və müştəri bazasının artmasına baxmayaraq, ötən il ilə müqayisədə üç dəfə çox zərər edib. Banker.az xəbər verir ki, bu barədə şirkətin məlumatlarına istinadən CNBC yazıb.

Bildirildiyi kimi, 2019-cu ilin dekabrında başa çatan maliyyə ilində şirkətin zərəri 106,5 milyon funt sterlinq (139,6 milyon dollar) təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur (daha əvvəl 32,9 milyon dollar olub).

Startapın gəliri 180% artaraq 162,7 milyon funt sterlinqə çatıb (2018-ci ildə bu göstərici 52,8 milyon funt sterlinq təşkil edib). Bundan əlavə, müştəri bazası üç dəfə artıb: 3,5 milyondan 10 milyona qədər.

“Revolut” artan zərərləri beynəlxalq genişləməyə qoyulan investisiyalar və yeni məhsul buraxılışları ilə əlaqələndirir. 2019-cu ildə şirkət onlayn brokerlərlə rəqabət aparmaq üçün komissiyasız birja ticarəti xidmətinə başlamışdır. Nəşr xatırladır ki, onlayn bank ABŞ, Sinqapur və Avstraliyada öz tətbiqini işə salıb.

Rəqibi “Monzo”dan fərqli olaraq, “Revolut” 2020-ci ildə fəaliyyətini davam etdirmək üçün kifayət qədər resursa sahib olduğunu göstərib.

Son xəbərlər
Digər xəbərlər