Rusiya və Ukrayna tərtibatçıları tərəfindən qurulan “Revolut” fintex startapı ABŞ-da bank lisenziyası almağı planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat verib.
Qeyd edək ki, “Revolut” ABŞ-da fəaliyyət göstərir: mart ayından bu yana o, “Metropolitan Commercial Bank” ilə əməkdaşlıq edir. Hazırda “Revolut”un yarım milyon istifadəçisi var.
2018-ci ilin sonlarında daha bir fintex startapı “Square” eyni ştatda bank lisenziyası aldı. Bununla belə, bəzi startaplar bazara girmək üçün başqa yollara əl atdılar: məsələn, “Lending Club” 185 milyon dollara “Radius Bank” aldı, “Chime” və “Current” isə banklarla əməkdaşlıq etməyə başladı.
Qiymətləndirmələrə görə, 2019-cu ildə “Revolut”un mənfəəti 180% artıb – 210 milyon dollara qədər. Lakin bununla birlikdə, şirkətin xərcləri də üç dəfə çoxalıb – 139,6 milyon dollara qədər. 2019-cu ilin sonunda startapın təxminən 10 milyon istifadəçisi olub.