Revolut öz fəaliyyətini genişləndirərək bir neçə aya ABŞ, Kanada, Sinqapur, Honqkonq, Avstraliya və Yeni Zellandiya bazaralarına çıxmağa hazırlaşır. Beləliklə, bu ölkələrdə Revolut istifadəyə verildikdən sonra, mobil bank tətbiqinin müştəriləri dünyanın hər bir nöqtəsində çox saylı ödənişsiz pul köçürmələrini həyata keçirə biləcəklər. Halbuki ölkə xaricinə ənənəvi pul köçürmə sistemlərində 0.5% -dən 5%-dək komissiya tutulur, çatdırılmasına isə 3 gündən 5 günədək vaxt tələb olunur.
Revolut artıq öz britan müştərilərinin 330$ mln vəsaitinə qənaət etməyi nail olub. Bu ölkədə qeyri bank xidmətindən ümumi 1 mln müştəri istifadə edir. Revolutun London bölməsi isə hər gün 6 mindən 9 minədək yeni istifadəçi qeydiyyatdan keçirir. Dünyada cəmi 2.25mln müştərisi var. Onlardan 400 minə yaxın hər həftə bank xidmətlərindən istifadə edir, 900 mini isə hər ay aktiv istifadəçidir.
Ənənəvi bank tərəfindən hər zaman tutulan komissiyalara nisbətən ümumilikdə mobil bank istifadəçiləri 740$mln komissiyada qənaət ediblər.
Böyük Britaniayda 1 mln müştərinin cəlb edilməsi, biz tərəfindən yaradılmış mükəmməl məhsulun, həmçinin bizim xidmətlərdən istifadə edən istifadəçilərə təqdim etdiyimiz inanılmaz qənaətin göstəricisidir. Brendimizin tanınması Avropa ölkələrində gün bə gün artmaqdadı, bu səbəbdən biz dahada genişlənərək ABŞ-da, Sinqapurda-da , Honqkonq-, Avstraliyada və Yeni Zellandiyada proqramı bu ilin sonunadək istifadəyə verməyə hazırlşırıq.