20 C
Baku
Thursday, October 9, 2025

“Revolut”un milyarder həmtəsisçisi yeni vergi qaydalarına görə Britaniyanı tərk edib

Məşhur maliyyə tətbiqi “Revolut”un həmtəsisçisi Nik Storonski vergi güzəştləri ilə bağlı qaydalarda edilən dəyişikliklərdən sonra Böyük Britaniyanı tərk edən milyarderlərdən biri olub.

“Companies House”da qeydiyyata alınan sənədlərə görə, Storonski öz yaşayış yerini Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.

Bu qərar onun şirkətinin yeni qlobal qərargahını Londondakı “Canary Wharf” bölgəsinə daşımasından qısa müddət sonra verilib.

“Bloomberg”in milyarderlər indeksinə əsasən, Storonskinin şəxsi sərvəti 14,3 milyard dollar məbləğində qiymətləndirilir və o, dünyanın ən varlı 200 şəxsi arasında yer alır. O, “Revolut” şirkətində təxminən 25 faiz pay sahibdir və baş direktor vəzifəsini icra etməyə davam edir.

Aprel ayında maliyyə naziri Reyçel Rivz tərəfindən ləğv edilən “non-dom” (qeyri-rezident) vergi sistemi varlı şəxslərə xaricdə əldə etdikləri gəlir və kapital qazancına görə Böyük Britaniyada vergi ödəməməyə imkan verirdi. Bu dəyişiklikdən sonra bir çox imkanlı ailələr və milyarderlər vergi rezidentliyini xaricə daşımağa başlayıblar.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər