17 C
Baku
Friday, May 24, 2024

Rey Daliodan 4 ən yaxşı karyera məsləhəti

Oktyabrın əvvəlində 73 yaşlı milyarder Rey Dalio dünyanın ən böyük və ən uğurlu hedcinq fondlarından biri olan “Bridgewater Associates”in baş direktoru vəzifəsini tərk edib. O, şirkətdə mentor rolunda qalır, hansını ki 2017-ci ilin bestselleri “Prinsiplər. Həyat və iş” kitabında təbliğ edib.

Budur ki, Rey Daliodan 4 ən yaxşı karyera məsləhəti.

1. Radikal açıqlığı məşq edin

Karyeranızda uğur qazanmaq üçün qərar qəbul etməyi bacarmalısınız və bu, radikal açıqlıq və ya geniş fikirlilik tələb edir, Rey Dalio “Prinsiplər. Həyat və iş” kitabında yazır. Radikal açıqlığı o, qərəzsiz müxtəlif nöqteyi-nəzərləri təhlil etmək qabiliyyəti ilə əlaqələndirir.

Qərar verməzdən əvvəl həmişə səhv edə biləcəyinizi düşünməlisiniz. “Bridgewater Associates”in təsisçisi deyir: “Nə qədər açıq fikirlisinizsə, özünüzü aldatmaq ehtimalınız bir o qədər az, başqalarının sizə səmimi rəy bildirmə ehtimalı isə bir o qədər çox olacaq”.

2. “İdeyaların meritokratiyası” prinsipi ilə işləyin

“İdeyaların meritokratiyası” dedikdə, Dalio kimə məxsus olmasından asılı olmayaraq, ən güclü və ən uğurlu ideyaların qalib gəldiyi mühiti nəzərdə tutur.

“Ən önəmli əlaqələr o zaman inkişaf edir ki, insanlar vacib olan hər şey haqqında bir-biri ilə açıq danışa bilirlər, birlikdə öyrənilər və bir iş üçün bir-birinə cavabdehlik daşımaq zərurətini aşılayırlar”, – milyarder deyir.

“İdeyaların meritokratiyası”nın işləməsi üçün daxili fikir ayrılıqları konstruktiv şəkildə ifadə edilməlidir. Həmkarlarınız haqqında yalan pis danışmamalısınız. “Əgər “ideyaların meritokratiyası” istədiyiniz nəticə vermirsə, qəzəblənmək yolverilməzdir”, – Rey Dalio vurğulayır.

3. “Fast stalkers”dən qaçın

“Fast stalkers” – sürətli danışan, başqalarını ifadələrindən və ya etirazından kənara çıxmaq üçün hər şey edən insanlardır. Özünüzü qorxuzmağa qoymayın. Siz baş verənlərə görə məsuliyyət daşıyırsınız və başqalarının hiylələrinə qapılmalı deyilsiniz.

Təzyiq hiss edirsinizsə, belə bir şey deyin: “Bağışlayın, amma nə demək istədiyinizi başa düşməyin üçün daha yavaş danışa bilərsinizmi?”.

4. Səhvlərdən dərs götürün

“Hər kəs səhvlər edir. Əsas fərq ondan ibarətdir ki, uğurlu insanlar onlardan nəticə çıxarırlar, uğursuz insanlar isə yox”, – Dalio deyir.

“Ən ağrılı səhvlərim məni “haqlı olduğumu bilirəm” nöqteyi-nəzərindən “niyə haqlı olduğumu başa düşdüm” nöqteyi-nəzərinə keçməyə məcbur edib. Mən həyasızlığı tarazlaşdırmaq üçün lazım olan təvazökarlığı öyrəndim”.

Çətin olduqda belə, özünüzü öyrənməyə məcbur etmək vacibdir: “Əgər səhv olduğunuzu qəbul edə bilmirsinizsə, heç vaxt inkişaf etməyəcəksiniz və ətrafınızda olan hər kəsi bədbəxt edəcəksiniz”, – Dalio yekunlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər