“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin (NK) 2005-ci il 13 aprel tarixli qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Həmin qərarda aşağıdakı dəyişikliklər edilməsi bildirilir:
lması, istifadəsi və mühafizəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.3.1-ci yarımbəndə “yenidən təşkili,” sözlərindən sonra “məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi,” sözləri əlavə edilsin;
(2. Dövlət reyestrinin əsas prinsipləri)
1.2. aşağıdakı məzmunda 3.1.8-1-ci və 3.1.10-1-ci yarımbəndlər əlavə edilsin:
“3.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat;
3.1.10-1. hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;”;
1.3. 4.10-cu bəndə “L) ləğv edilməsi;” yarımbəndindən sonra “CM) qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; CQ) hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;” yarımbəndi əlavə edilsin.
- Həmin Qərarla təsdiq edilmiş “Xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitabı”nın və “Qeyrikommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın I hissələrinin 2-ci sütunlarında “LP” yarımbəndindən sonra aşağıdakı məzmunda yarımbəndlər əlavə edilsin:
“CM) qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat
- CQ) hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar”