23 C
Baku
Saturday, April 27, 2024

Reyestrdən çıxarış almadan vəfat etmiş torpaq sahiblərinin vərəsələrinə elektron arayış veriləcək

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Nazirlər Kabinetinin 202 №-li qərarı kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq sahələri üzərində hüquqlarının rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsi məqsədilə qəbul edilib.

“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 oktyabr tarixli 1455 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarının böyük hissəsinin çıxarış sənədləri yoxdur. Fərmanda qeyd olunan tapşırığın müəyyən olunmuş icra müddətində yerinə yetirilməsi baxımından torpaq üzərindəki hüquqların qeydiyyata alınması prosesindəki problemlərin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciətləri əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Bu hal vərəsə olan fermerin miras qalan pay torpağı ilə bağlı hüquqlarını rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş dövlət rüsumunu və xidmət haqqını ikiqat, bəzən isə daha artıq məbləğdə ödəməsinə səbəb olur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

Eyni zamanda Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, qeydiyyat orqanı tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı və 93.2-ci maddələrinə əsasən təlimat qeyd olunan Mülki Məcəlləyə və Qanuna uyğunlaşdırılması həyata keçirilib.

Beləliklə, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində

qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a edilən dəyişikliyə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatda göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur.

Elektron arayışda aşağıdakılar göstərilir:

– ərizəçinin soyadı, adı, atasının adı;

– ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat;

– mərhumun soyadı, adı, atasının adı;

– daşınmaz əmlakın ünvanı;

– daşınmaz əmlakın əsas göstəriciləri;

– daşınmaz əmlakın adı;

– daşınmaz əmlak üzərində hüququn növü;

– arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd;

– dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər