9 C
Baku
Sunday, December 22, 2024

Reytinq metodikası

Bankın kredit qabiliyyəti əsasən iki nüans əsasında qiymətləndirilir: bankın ödəmə qabiliyyəti və dəstəkləyici faktorlar. Bankın ödəmə qabiliyyəti üç blokun qiymətlərinin hesablanmış məbləği kimi müəyyən olunur: bankın bazar pozisiyaları, maliyyə vəziyyəti və risk menecmenti.

“Bankın bazar mövqeyi” özündə bunların təhlilini birləşdirir: bankın tarixi və reputasiyası, ixtisaslaşma, coğrafi fəaliyyət, rəqabət mövqeyi və strateji təminatlılıq. “Maliyyə analizi” bloku özünə daxil edir: bankın kapitalının yetərliliyi və strukturu, aktivlərin keyfiyyəti, cəlb olunmuş vəsaitlərin keyfiyyəti, əməliyyatların gəlirliliyi, bankın likvidliyi və risklərin balanslaşdırılması.

“İdarəetmə və risk menecmenti” bloku özünə daxil edir: korporativ idarəetmə proseslərinin keyfiyyəti, biznes-proseslər, bankın informasiya şəffaflığı və risklərin idarə edilməsi.

Dəstək-faktorlar iki blok əsasında müəyyən olunur: bankın mülkiyyətçilər və dövlət orqanları ilə münasibətlər. Kredit qabiliyyətinin qiymətləndirilməsindən sonra ortamüddətli dövrdə ona təsir edə biləcək stress-faktorlar mütəxəssis tərəfindən qiymətləndirilir.

Yalnız kredit qabiliyyətinin təhlili və stress-faktorların təsirləri araşdırılandan sonra reytinq qiymətləndirilməsi həyata keçirilir.

bank scheme

Son xəbərlər
Digər xəbərlər