Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar-aprel ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.
Banker.az xəbər verir ki, bu ilin 3 ayında “MKT İstehsalat Kommersiya” tərəfindən 33.4 milyon dollarlıq məhsul ixrac edilib.
“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb. Şirkət 2022-ci ilin yanvar-aprel ayında 65.8 milyon dollarlıq məhsul ixrac etmişdir.
Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.