8 C
Baku
Friday, March 29, 2024

Reytinqdə ilk yerdə olan “MKT İstehsalat Kommersiya”nın ixracdan qazancı 2 dəfə azalıb

Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar-aprel ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.

Banker.az xəbər verir ki, bu ilin 3 ayında “MKT İstehsalat Kommersiya” tərəfindən 33.4 milyon dollarlıq məhsul ixrac edilib.

“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb. Şirkət 2022-ci ilin yanvar-aprel ayında 65.8 milyon dollarlıq məhsul ixrac etmişdir.

Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər