15 C
Baku
Sunday, November 24, 2024

Rezidentlər Balaxanı Sənaye Parkına 45 mln. manata yaxın investisiya qoyublar

Balaxanı Sənaye Parkının (BSP) fəaliyyəti dövründə rezidentlər tərəfindən əraziyə 44.8 mln. manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, hazırda 17 rezident 27 fəaliyyət sahəsi üzrə tullantıları təkrar emal edərək müxtəlif məhsullar istehsal edir. İndiyə qədər BSP-də 99.5 milyon manatlıq məhsul istehsal olunub və 12.2 mln. manat dəyərində məhsul Rusiya, Belarus, Ukrayna, ABŞ və bir neçə Avropa ölkəsi daxil olmaqla müxtəlif ölkələrə ixrac edilib.

Sənaye parkında fəaliyyət göstərən müəssisələrin xammalı, əsasən, tullantılardır. Hazırda burada fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, 7 il müddətinə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədilə idxal edilən texnikaların, texnoloji avadanlıqların ƏDV-sindən və gömrük rüsumlarından azaddır.

Qeyd edək ki, BSP Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Ümumi ərazisi 10.15 ha olan BSP-nin idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər