7 C
Baku
Thursday, December 12, 2024

Rezidentlər üçün “bank qarantiyası” ləğv edilir — Nazirdən qərar

İqtisadiyyat Nazirliyi sənaye parklarının rezidentlərinin qeydiyyatı üçün investisiya layihəsinin yerinə yetirilməsinə dair bank qarantiyasını ləğv edib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Nazirlik Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısından həmin bəndi çıxarıb.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov sənəddəki dəyişikliyi imzalayıb.

Bundan sonra, sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb ediləcək:

— Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda)
— Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda)
— Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda)
— Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda)
— İnvestisiya layihəsi (biznes plan)
— Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə).

 

Son xəbərlər
Digər xəbərlər