10 C
Baku
Thursday, December 12, 2024

Rezidenturanın boş plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 24 plan yeri üzrə 85 namizəd müsabiqədə iştirak edib. Onlardan 18 nəfər rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 14 sentyabr 2023-cü il saat 11:00-dan 18 sentyabr 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.

İş nömrəsi Soyadı A.A. Topladığı bal Qəbul olduğu ixtisasın kodu
234928 YUSİFOV E.H. 59 311625
234952 ABBASLI G.B. 61 313229
235041 MƏMMƏDLİ G.Z. 60 313123
235386 HACIYEVA N.C. 55 361319
235403 MAHMUDOVA Z.M. 57 361335
235931 ALLAHVERDİYEVA N.İ. 63 365118
235984 MEHDİ B.H. 54 361254
236049 BAYRAMZADƏ S.Ç. 62 311236
236271 ABDULƏZİMOVA S.X. 57 361262
236916 ƏLİVERDİYEV V.B. 57 361157
237248 İMRANLI G.E. 61 311252
237371 CƏFƏRLİ T.F. 54 361327
237429 ƏLİYEVA L.R. 59 318113
237514 MƏMMƏDOVA A.Ə. 64 311528
237759 ƏSGƏROVA A.E. 55 311593
237871 PAŞABƏYLİ Z.L. 54 361295
238518 ŞİRİNOVA A.B. 59 313294
260377 AĞAYEVA Ə.Ş. 58 332118
İXTİSAS KODLARI VƏ MÜSABİQƏ NƏTİCƏLƏRİNƏ GÖRƏ ALINMIŞ UYĞUN KEÇİD BALLARI
Azərbaycan Tibb Universiteti
311236 Psixiatriya 62
311252 Daxili xəstəliklər 61
311528 Restorativ stomatologiya 64
311593 Epidemiologiya 55
311625 Tibbi mikrobiologiya 59
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313123 Ümumi cərrahiyyə 60
313229 Daxili xəstəliklər 61
313294 Ailə təbabəti 59
313367 Epidemiologiya 50
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
318113 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 59
Respublika Narkoloji Mərkəzi
332118 Narkologiya 58
Naxçıvan Dövlət Universiteti
361157 Travmatologiya- ortopediya 57
361254 Nevrologiya (Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi üçün) 54
361262 Kardiologiya 57
361295 Fizioterapiya və tibbi bərpa 54
361319 Ftiziatriya 55
361327 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 54
361335 Pediatriya 57
361384 Endodontiya 50
361432 Uşaq stomatologiyası 50
361457 Gigiyena 50
361473 Epidemiologiya 50
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
365118 Anesteziologiya- reanimatologiya 63
MənbəReport
Son xəbərlər
Digər xəbərlər