8 C
Baku
Wednesday, November 30, 2022

Reznikov alman həmkarı ilə Ukraynanın HHM sisteminin gücləndirilməsini müzakirə edib

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Brüsseldə almaniyalı həmkarı Kristine Lambrextlə görüşüb.

Bu barədə nazir Reznikov “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Ukraynanın humanitar obyektlərini qorumaq üçün “Gepard” zenit kompleksi üçün sursat və ehtiyat hissələrinin tədarükü müzakirə olunub.

“Biz eyni zamanda mühəndislik maşınlarının təchizatı, Ukrayna ordusunun Almaniyada təlimi, Ukraynaya göndərilən alman silahları üçün birgə xidmət mərkəzinin yaradılması məsələləri barədə də fikir mübadiləsi apardıq”, o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər
X