- Rezonans qanunu kainatdakı hər şeyin titrəşim vasitəsiylə bir-biriylə əlaqə halın(d)a gəlməsidir (olmasıdır).
- Bədənimizin hər bir hüceyrəsi də daxil olmaqla dünyadakı bütün nəsnələrin (yaradılışların) özlərinə xas titrəşimi vardır.
- Əgər istədiyimiz nəticələri əldə etməyə çalışırıqsa, düşüncələrimizi, duyğularımızı və inanclarımızı diqqətdə saxlayıb, yönləndirməklə başlamalıyıq. Çünki, istəklərimiz və düşündüklərimizlə rezonans sahəsi yaradaraq onlara nail ola bilərik.
- Rezonans qanununu qavrayib, onu anlamağa başladığımızda istəklərimizə nail olacayıq.
- İnsan həyatını dəyişdirməməsinin əsl səbəbi bunu bacara bilməyəcəyinə özünü inandırmış olmasıdır.
- Həyatımızın senarisini özümüz -beynimizdə olan inanclarımız yazır.
- Son araşdırmalar göstərmişdir ki, bizim beynimizdə olan fikirlər nəinki bizi, hətta ətrafımızı da təsirləndirir.
- Düşüncə gücümüz və hisslərimizlə həyatımızda olmasını istədiyimiz bütün dəyişiklikləri edə bilmək imkanına malikik.
- Çatmaq istədiyimiz hədəflərimizlə aramızda enerji yoluyla möhkəm və aktiv bir əlaqə qura bilsək, onda gözləməyə ehtiyyac yoxdur.
- Özümüzü tərki-dünya hesab etmək yerinə, dünyanın bir parçası hiss etdiyimizdə arzularımız reallaşmağa başlayır.
- Mövcud rezonans mühitindən faydalanmaq üçün etməli olduğumuz bircə hərəkət arzu etdiyimiz enerjiyə yönəlməkdir.
- Bədənimizi də arzuların nəticəsinə hazırlamalıyıq.
- Özünüzü arzularınızı gerçəkləşdirə biləcəyiniz səmtdə inkişaf etdirin.
- Arzu etdiyimiz hər şeyin, çatmaq istədyimiz bütün hədəflərin təməlləri artıq daxilimizdə vardır. Düşüncədə təməli olmayan heç bir fikir arzulana bilməz və titrəmə dalğalarını hərəkətə gətirə bilməz.
- Bütün arzularınızı, xəyallarınızı kağıza ən kiçik detallarına kimi yazın .
- Əgər həqiqi kimliyimizlə, duyğularımız və arzularımızla rezonans içində olmazsaq, bu zaman keçici həvəs ve istəklərimiz əsl arzularımızı “udar”
- Həqiqi arzularımızın sovrulmasının əsas səbəbi bizim onların fərqində olmamağımız və onları tam anlamıyla qəbul etməməyimizdir.
- İnsanların arzularını öz mənfəətləri üçün istifadə etməyi qərarlaşdırmış industiriyalar var. Belə ki, cəzbedici evlər, alış-verişlər ilə bizə arzularımızı böyük məharətlə unutdurur. Xoşbəxtliyi maddi ehtiyyacların ödənilməsindəymiş kimi hiss etdirir.
- Arzuladığımız hədəflər bəzən bizə sevinc gətirə bilməyə bilər.
Pierre Franckh (Rezonans Qanunu)