5 C
Baku
Friday, March 29, 2024

Rezumeni cəlbedici etməyin yolları

Iş axtaran zaman çalışırıq ki, daha çox rezume göndərib işə girmək şansımızı yüksəldək. Lakin işə götürən üçün göndərdiyiniz  məktubların sayı qədər  rezumenin keyfiyyəti də çox vacibdir. Hər gün HR 200-dən çox rezumeni gözdən keçirir – və məhz sizin rezumeniz diqqəti cəlb etməlidir. O, hansı meyarlara uyğun olmalıdır?

Vakansiyanın tələblərini təhlil edin

Sizin bilik və ixtisasınız vakansiyanın tələblərinə ən azı 80% uyğun olmalıdır. Əgər sizin kifayət qədər təcrübəniz yoxdur və ya ixtisasınız tələb olunandan çox uzaqdırsa, onda sizin emosional olaraq “mən bu işi qısa müddətdə öyrənə bilərəm” deməyiniz namidzədliyinizi o qədər də cəlbedici etməyəcək. Iş axtaranın öz ixtisasını genişləndirmək istəyi müsbət haldır, amma gəlin real olaq. Əgər siz öz səviyyənizi lazım olan həddə qədər  həqiqətən də artıra biləcəksinizsə, onda əlavə məktubda bunun hansı müddətə baş verəcəyini və nəyə əsaslandığınızı da qeyd edin (məsələn, sizin sərbəst olaraq hər hansı isə bir texnologiya, kompüter proqramı və s. qavramaq qabiliyyətiniz var).

Rezumenin strukturunu müəyənləşdirin

Rezume oxuna bilən olmalıdır. Iş təcrübəsini yazarkən siyahının markerlənməsindən (nömrələnməsi) istifadə edin. Kursiv və ya qalın şriftlərdən istifadə edin, lakin elə edin ki, mətnin seçilmiş hissələri ümumi həcmin 5%-dən yuxarı olmasın. Bölmələrin başlıqları, (“Şəxsi məlumat”, “Təhsil”, “İş təcrübəsi” və s.) işlədiyiniz təşkilatların adlarını vurğulamağınız kifayət edər.

Mürəkkəb, uzun cümlələrdən çəkinin. Rezumenizdə ixtisas terminlərindən də istifadə edin – bu sizin savadlılığınızın göstəricisidir. Lakin hər abzasda ixtisas terminlərindən istifadə olunması da yersiz görünə bilər – onu vacib olan yerdə istifadə edin.

Məqsədinizi göstərin

Əmin olun ki, sizin rezumenizdə “Məqsəd” adlı bölmə var. Bu bölmədə bir-iki cümlə ilə nə istədiyinizi qeyd edin: ola bilər ki, sizin üçün prioritet kimi prefessional inkişaf və irəliləmə çıxış edir; və ya əməkdaşlığın forması (tam/natamam məşğulluq, kənar iş) sizin üçün ilkin amildir; bəlkə də sizin üçün şirkətin yerləşdiyi yer daha əsasdır. Bu bölmədə səmimi olmaq lazımdır, “İnkişaf və özünüreallaşdırma imkanı olan iş axtarıram” kimi şablon cümlələr ilə kifayətlənmək olmaz.  Bu zaman sizin rezumeniz vakansiyanın tələblərinə cavab vermədiyi üçün filtrləşmədən keçməyə bilər, lakin ola bilər ki, işə götürənin diqqətini çəksin və bu, uzunmüddətli əməkdaşlığın başlanğıcı olsun.

Yoxlama

Rezumeni göndərməmişdən qabaq kiçik yoxlama həyata keçirin. Hər bir cümləni qeyd etdiyimiz meyar əsasında qiymətləndirin: onsuz keçinmək olarmı? Bu cümlənin rezumenizdə olmadığını təsəvvür edin – bu cümlə olmadan rezume daha az məlumatlı oldu? Əgər rezumeniz heç nə itirmirsə, onda həmin informasiyanı silin. Rezumenin üzərində yenidən işləməklə, siz onda ancaq daha vacib informasiyanı saxlamış olursunuz. Məzmun isə keyfiyyətli rezumenin əsas xarakerik cəhətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər