14 C
Baku
Saturday, April 27, 2024

Rezümenin əsas vəzifəsi nədir?

Bir çox iş axtaran şəxslər öz rezümelərini hazırlayarkən belə düşünürlər ki, uğurlu şəkildə işə düzəlməkləri yalnızca ondan asılıdır. Belə rezümelər praktiki olaraq namizəd barədə bütün məlumatları özündə əks etdirə bilər. Lakin rezümenin əsas vəzifəsi məhz budurmu?

Əgər işə götürənin bütün iş və az miqdarda şəxsi həyatınızla bağlı məlumatları geniş şəkildə təsvir edən rezümenizi ilk andan etibarən bəyənəcəyini, sizi müsahibəyə çağıracağını və işə götürülməniz ilə bağlı bütün sənədləri imzalayacağını düşünürsünüzsə yanılırsınız. Rezüme nə qədər bol məlumatlı olarsa, onu oxumaq da bir o qədər çətin və vaxt aparandır. Bu səbəbdən də işəgötürənin onu sona qədər oxuması ehtimalı çox azdır.

Rezüme sizi işə düzəltmir. Buna görə də, özünüz haqqında hər şeyi bu sənədlə deməyə çalışmayın. Bəs belə olduqda, rezüme nə üçündür?

Rezüme sizin müsahibəyə giriş biletinizdir və buna görə də o sizinlə bağlı bütün suallara cavab verməli deyil. Yalnız bir sualdan başqa: Bu işin öhdəsindən gələ bilərsinizmi? İşəgötürən haqqınızda olan bütün digər şeyləri müsahibə zamanı öyrənəcək.

Sizi müsahibəyə çağırmaları üçün rezümenizdə nələr olmalıdır?

  • Uyğun iş təcrübəsi
  • İş üçün mütləq olan funksional və texniki vərdişlər
  • Vakansiyaya müvafiq təhsil
  • Bacarıqlarınızı təcəssüm etdirən nailiyyətlər.

İşəgötürənin diqqətini lazımi informasiyaya necə yönəltmək olar?

  • Rezümenizi əvvəlki iş təcrübəniz ilə bağlı ətraflı məlumatlarla yükləməyin
  • Açar mövqeyə malik təcrübələrinizi, nailiyyətlərinizi və biliklərinizi qeyd etdiyinizdən əmin olun.
  • Öz nailiyyətlərinizə diqqət ayırın, fakt və rəqəmlərdən istifadə edin.
  • İlk növbədə daha vacib iş yerləri və təcrübələrini qeyd edin.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər