19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

RF-nin Azərbaycan almasına qoyduğu qadağa sonrası ixrac kəskin düşüb, valyuta axını azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya Federasiyasının “pomidor qadağası paketinə” daxil olan Azərbaycan almasının iqtisadi zərərinin nəticəsi artıq il bitincə bəlli olub. RF bu il Azərbaycandan 22 min ton və ya 9.1 mln dollarlıq daha az alma alıb. Hələ bu hesabata bu qadağaların başladığı yalnız bir ayın düşdüyü əhatə edir.

Banker.az xəbər verir ki, 2020-ci il ərzində Azərbaycan xaricə 72.1 ton həcmində təzə alma ixrac edib. Xaricə satılmış almaya görə Azərbaycana  29.5 milyon ABŞ dolları həcmində valyuta gəlib.

2020-ci ildə xaricə ixrac edilmiş almanın miqdarı 2019-cu ildəkindən 28.4 min ton, yəni, 25.6% azdır.

Rusiya Federasiyasının kənd təsərrüfatı məhsullarının idxalı və ya satışına nəzarət edən orqan 2020-ci ilin son ayında açıqladı ki, Azərbaycandan bu ölkəyə pomidor və almalarda güvə tapıldığı üçün yararsız sayılmaqla idxalı dayandırıldı. Sonradan isə bir neçə şirkətə idxal etmə icazəsi üçün yenidən baxılaraq icazələr verilsə də, tam bərpa olunma baş vermədi.

Azərbaycan ticarətçiləri 2020-ci il ərzində xaricə ixrac etdiyi almanın 93%-ni və ya 66.9 min tonunu Rusiya Federasiyasına satıblar. Bu da 27.71 mln dollar valyuta deməkdir.

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər