8 C
Baku
Monday, November 18, 2024

“RİA Novosti” Azərbaycanın narazalığına səbəb olmuş müsahibəni sildi

Rusiyanın “RİA Novosti” informasiya agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryanın müsahibəsini saytından silib.

Müsahibəyə daxil olmaq istəyərkən materialın silindiyi görünür.

Qeyd edək ki, bir neçə gün əvvəl “RİA Novosti” özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc edib. Agentliyin təxribatçı addımı Azərbaycanda haqlı olaraq etiraz doğurub.

Rəsmi Bakı “RİA Novosti”də ölkəmiz əleyhinə müsahibənin yayımlanmasını Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib. Daha sonra agentliyin Azərbaycanda yayımı bloklanıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər