21 C
Baku
Thursday, September 19, 2024

Riçard Brenson-dan təqdirə layiq addım

Məşhur britaniyalı sahibkar Riçard Brenson növbəti dəfə biznesə qeyri-standart yanaşdığını sübut etdi. Daim pozitiv hərəkətləri ilə diqqət çəkən sahibkar bildirmişdir ki, onun Virgin Group şirkətinin Britaniya və Amerika ofislərinin əməkdaşları istədikləri müddəti məzuniyyət olaraq əldə edə bilərlər. Lakin bir şərtlə ki, iş 100% yerinə yetirilmiş olsun.

Sahibkar etiraf etmişdir ki, bu ideya ona Netflix təcrübəsi əsasında gəlmişdir. Belə ki, bu şirkətdə məzuniyyət ilə bağlı heç bir qayda yoxdur. Əmək haqqı alan istənilən əməkdaş istədikləri vaxt məzuniyyətə çıxa bilərlər. Bu zaman rəhbərliyi məzuniyyət ilə bağlı xəbərdarlıq etməyə belə ehtiyac yoxdur.

Brenson bildirir: “Əməkdaş 1 saatlıqmı, 1 günlükmü, yaxud 1 həftə və aylıqmı məzuniyyətə gedir? Bunu onun özü seçir. Lakin o bunu öz işini tamamilə yerinə yetirdikdə və getdikdən sonra komandanın işi qaldığı yerdən davam edəcəyinə əmin olduqda edir”.

Burada Stiv Jobsun “24 saat deyil, baş ilə işləmək lazımdır” ifadəsi yada düşür.

Bu məzuniyyət siyasəti Amerika və Britaniya ofislərində müsbət nəticə verərsə Brenson bu siyasəti bütün törəmə şirkətlərində tətbiq etmək fikrindədir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.