25 C
Baku
Friday, August 19, 2022

Richard Branson dünyada ölüm hökmünün ləğv edilməsi kampaniyasına rəhbərlik edəcək

“Virgin Group”un qurucusu, milyarder Richard Branson cümə axşamı “Biznes liderləri ölüm cəzasına qarşı” deklarasiyasını təqdim edib. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bransondan başqa bu sənədi “Coca-Cola”nın direktoru Helen Gale, “Ben & Jerry’s” dondurma şirkətinin qurucuları Ben Cohen və Jerry Greenfield imzalayıb.

“Artıq bərabərsizlik məsələlərində susa bilmərik. Düşünürük ki, ədalət sistemində ölüm hökmü irqi və sosial-iqtisadi yanaşmalarla əlaqəli olan ən əsas mövzulardan biridir”, – deyə iş adamların açıqlamasında bildirilir.

“Bloomberg”ə verdiyi müsahibədə Branson dövlətlərə “insanları etmədikləri cinayətlərə görə edam etmələrinə imkan verərək, bu problemdən kənarda qala bilmədiyini” qeyd edib. “Bu mövzuda qətiyyətlə danışmaq üçün iş adamları toplamaq qərarına gəldik”.

Kampaniyanın koordinatoru Celia Wellett “ABC News”a bildirib ki, bəyannaməni imzalayan sahibkarlar yaxın bir neçə ayda ölüm cəzası əleyhinə fəallarla görüşməyə və tematik tədbirlərdə iştirak etməyə başlayacaqlar.

“İlk dəfədir ki, iş adamlarının dünya miqyasında ölüm cəzasının ləğvi üçün çağırış etmək məqsədilə güclərini birləşdirdiyi görürük”.

Qrup müxtəlif ölkələrin işgüzar cəmiyyətlərinin nümayəndələrindən imza toplamağa davam edəcək və yekun siyahını oktyabrın 10-da təqdim edəcək.

Son xəbərlər
Oxşar xəbərlər