Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA”MMC “Ricon” MMC ilə təxminən 10 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Füzuli şəhərində 8,90 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya, istilik, qaz) şəbəkəsinin tikintisi, abadlaşdırma və ərazinin yaşıllaşdırılması, istirahət parkının salınması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9.777.512 manatdır.
Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Rəşad İsmayılovdur.