28 C
Baku
Saturday, June 25, 2022

Rifat Həsənovun BOKT-u 2 mln. manat borc cəlb edir

14 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” QSC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Bu barədə Banker.az birjadan məlumat əldə edib.

2 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

BFB-nin sədri vəzifəsini icra edən Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan BOKT “İnternational” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

İstiqrazların hər birinin nominal dəyəri 1 000 manat təşkil edir. Düzü son illərdə emmisiya edilmiş istiqrazlarda nominal qiymətin yuxarı qoyulması bir çox insanlar üçün cəlbedici deyil. Məsələn dünyaca məşhur “Tesla” şirkəti (əvvəllər isə Apple etmişdi) qiymətli kağızlarının qiymətinin 1000 dolların üzərinə çıxmasından sonra onları splid (bir neçə hissəyə bölməklə) aşağı saldı. Bizdə isə artıq istiqraz dedikdə 1000 manat, yaxud dollar üzərində olan qiymətli kağız başa düşülür.

BOKT-un istiqrazlarının ödəniş faizləri 14%-dir, lakin bu bir qədər digərləri ilə müqayisədə cəlbedicidir. Məsələn, ölkədə 11%-dən çox illik faiz dərəcəsi gəlirliliyi verən bank depoziti yoxdur.

Qeyd edək ki, BOKT 2013-cü ildə yaradılıb və kapitalın yeganə payçısı Rifat Həsənovdur. 2021-ci ilin əvvəlinə 25 min manat yığılmış zərəri olsa da, ilin sonunana (audit olunmamış) 750 min manat xalis mənfəət etdiyi bildirilir.

Son xəbərlər
Oxşar xəbərlər