10 C
Baku
Thursday, December 12, 2024

Rifat Həsənovun BOKT-u da böyük həcmdə yüksək faizli borc alır

11 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” QSC-nin ümumi dəyəri 2 000 000 manat olan, tədavül müddəti 18 ay olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az-ın sənədlərdən əldə etdiyi məlumata görə, cəlb edilən bu borcları kredit bazarına yönəldəcək.

“Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır”- deyə Banker.az-a BFB-dən deyirlər.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

“Kredit məhsullarına təlabin artması fonunda emitent istiqraz buraxmaqla daha sərfeli şərtlərlə vəsait cəlb edib və öz kanalları vasitəsi ilə əhalinin kredit tələblərini təmin etmək və bazara daha rəqabətli şərtlər təqdim etmək bir kredit təşkilatı kimi bazarda öz mövqeyini qoruyub artırılmasını nəzərdə tutub”- deyə emisiya perespektində şərh verilib.

Maraqlıdır, 14%-lə borc cəlb edib, bu bazar üçün bir qədər yüksəkdir və hansı faizlə qeyd etdiyi “sərfəli şərtlərlə” müştərilərinə təqdim edəcək.

Qeyd edək ki, BOKT 5 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmdarı Rifat Həsənovdur. O, həmçinin BOKT-un ali idarə orqanıdadır, onun fəaliyyətinə nəzarət həuyata keçirir. Müşahidə Şurasında sədrdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2003021022

Faizli təmin edilməmiş sənədsiz adlı

2,000

(ədəd)

1,000 AZN

      14 %

18 ay

   Hər ay
Son xəbərlər
Digər xəbərlər