8 C
Baku
Monday, December 2, 2024

Ripple (XRP) necə bahalaşaraq 3-cü ən böyük kriptovalyuta oldu?

Ripple (XRP) dekabrın 2-si kriptovalyuta reytinqində bazar kapitalizasiyasına görə USDT və Solana-nı keçərək üçüncü yerə yüksəlib. XRP son 1 həftə ərzində 56% artaraq 2,49 dollara qədər dəyər qazanıb. Ümumilikdə isə XRP cari ilin yanvar ayından 4.5 dəfə artıb. Hazırda XRP 2.3 dollarda qədər korreksiya olunub və bazar kapitalizasiyası 131.7 milyard dollar təşkil edir.

XRP-nin dəyər qazanmasına təsir edən əsas faktorlar.

XRP-nin sürətli dəyər qazanmasına təsir edən əsas faktor Ripple-ın RLUSD stabilkoinin mümkün təsdiqlənməsi xəbərlərinin yayılması oldu. Fox New xəbər agentliyinin məlumatına əsasən, Nyu-York Maliyyə Xidmətləri Departamenti (NYDFS) təsdiq verməyə yaxındır və RLUSD-nun buraxılışı elanı dekabrın 4-də baş tuta bilər. Bundan əlavə, Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) rəhbəri Gary Genslerin yanvar ayında planlaşdırılan istefası barədə açıqlaması oldu. 2020-ci ildən SEC Ripple Labs şirkətini məhkəməyə verir, şirkəti qeydiyyatdan keçməmiş XRP qiymətli kağızlarının satışı vasitəsilə 1,3 milyard dollar toplamaqda ittiham edirdi. Odur ki, G.Genslerin vəzifədən getməsi Ripple üçün müsbət əlamətdir, çünki SEC-in yeni rəhbərliyi böyük ehtimal ki, şirkətə qarşı irəli sürülən iddiaları həll edəcək və ya geri götürəcək. XRP üçün tarixi maksimum 2018-ci ilin yanvarında 3,3 dollar səviyyəsində qeydə alınıb. Hesab edirəm ki, yenidın həmin qiymətə çatması çox çətin olacaq, çünki 3 dollar həddində kifayət qədər güclü satışlar baş verəcək. Həmçinin nəzərə almaq lazımdır ki, XRP-lər böyük qismi Ripple Labs şirkətində cəmləşib

Ripple-nin inkişaf prespektivləri.

Hazırda bazar iştirakçıları spot XRP ETF-lərinin mümkünlüyünü izləyirlər. 21Shares, Canary Capital və Bitwise daxil olmaqla, bir neçə idarəetmə şirkətləri və fondlar bu cür məhsulların satışa çıxarılması üçün artıq ərizələr təqdim edib. Əlavə olaraq qeyd edim ki, XRP ekosisteminin gələcək inkişafı daha çox RLUSD-nin həyata keçirilməsinin uğurundan və cəmiyyətin yeni layihələr yaratmaq qabiliyyətindən asılı olacaq. Tənzimlənən stabilkoinin işə salınması platformanın inkişafı və onun istifadəçilər üçün imkanlarının genişləndirilməsində mühüm addım ola bilər. RLUSD-nin təsdiqi XRP-nin ənənəvi maliyyə sistemlərinə inteqrasiyası üçün yeni imkanlar açacaq. Bu, institusional investorları cəlb edə və bazarda likvidliyin artmasına töhfə verə bilər.

52542342

Müəllif:  Elnur Quliyev

Son xəbərlər
Digər xəbərlər