13 C
Baku
Friday, April 19, 2024

Riqa-Bakı aviareysinin bərpa olunacağı tarix açıqlanıb

Latviyanın “AirBaltic” aviaşirkəti 2021-ci ilin aprel ayının 28-dən etibarən Riqa-Bakı reysi üzrə uçuşları bərpa etməyi planlaşdırır.

Bu barədə aviaşirkətin dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, Riqa-Bakı reysi hər iki istiqamətdə həftədə iki dəfə “Airbus A220-300” təyyarələri ilə həyata keçiriləcək. Riqadan təyyarə yerli vaxtla saat 22:45-də havaya qalxacaq və növbəti gün Bakı vaxtı ilə saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək, əks istiqamətdə isə uçuş 04:10-da yerinə yetiriləcək, Təyyarə Riqada 07:00-da enəcək.

Qeyd edək ki, Riqa-Bakı aviareysinə biletin qiyməti 131 avrodan (252 manat), hər iki istiqamət üzrə isə 211 avrodan (405 manat) başlayır.

Son xəbərlər
Digər xəbərlər