20 C
Baku
Friday, October 11, 2024

Rişi Sunak Britaniyanın yeni Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak oktyabrın 25-də vəzifəsinin icrasına başlayıb.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, o, oktyabrın 25-də Londonda Bukinqem sarayında Kral III Çarlzla görüşüb. Ənənəyə əsasən, monarx görüşdə Baş nazirə hökuməti qurmağı tapşırıb.

Qeyd edək ki, kral Çarlz Rişi Sunakla görüşdən əvvəl keçmiş Baş nazir Liz Trasın istefasını qəbul edib.

Xatırladaq ki, Liz Tras sentyabrın 6-dan oktyabrın 20-dək hökumətə başçılıq edib.

42 yaşlı Rişi Sunak son 7 həftədə Böyük Britaniyanın 3-cü Baş naziridir. O, krallıqda hökumətə başçılıq edən ilk asiyalıdır.

O, oktyabrın 24-də Mühafizəkar Partiyası sədri, eyni zamanda hökumətin başçısı seçilib. Seçiləndən sonra Rişi Sunak ölkənin ciddi iqtisadi problemlər qarşılaşdığına dair xəbərdarlıq edib. O, vicdanla çalışacağını da boyun olub. Leyboristlər, Şotlandiya Milli, Liberal Demokrak və Yaşıllar partiyalarının çağırışlarına baxmayaraq növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edib. Xatırladaq ki, növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.

Mütəxəssislərin fikinrcə, yeni Baş nazirin qarşısında Britanyann son 40 ildə üzləşdiyi ən yüksək inflyasiyaya qarşı mübarizə aparmaq və Mühafizəkarlar Partiyası daxilində birliyə nail olmaq kimi mühüm vəzifələr durur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər