27 C
Baku
Wednesday, July 24, 2024

Rişi Sunak Çini ölkənin iqtisadi maraqları üçün ən böyük təhlükə adlandırıb

İngiltərənin Baş naziri Rişi Sunak Pekini London üçün ən böyük təhlükə adlandırırb, Banker.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

“Çin bizim iqtisadi maraqlarımız üçün ən böyük təhlükədir. Bu həm də dünya nizamına sistem çağırışıdır”, – deyə Rişi Sunak söyləyib.

Siyasətçinin sözlərinə görə, ÇXR-in son davranışları narahatlıq yaradıb. O, bəyan edib ki, Çin tərəfi təkcə daxildə deyil, xaricdə də iddialı davranır.

Xatırladaq ki, daha əvvəl İngiltərə, Avstraliya və ABŞ arasında AUKUS tərəfdaşlığı yaradılıb. Onun əsas məqsədi 2040-cı ilə qədər yeni nəsil atom donanması yaratmaqdır.

Son xəbərlər
Digər xəbərlər