15:20
Böyük Britaniya Kralı III Çarlz Baş nazir Rişi Sunakın istefasını qəbul edib.
Bu barədə kralın mətbuat xidməti məlumat yayıb.
***
11:45
Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.
Bu barədə Britaniya KİV-i məlumat yayıb.
O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.