Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak kanadalı həmkarı Castin Trüdo ilə ilk telefon danışığı apararaq onunla Kiyevə dəstəyi davam etdirməklə razılaşıb.
Bu barədə Böyük Britaniya Baş nazirin dəftərxanasının yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Onlar Rusiyanın Ukraynaya hərbi təcavüzünü müzakirə ediblər və Kiyevi qeyd-şərtsiz dəstəkləmək üçün əməkdaşlığı davam etdirməyə razılaşıblar.