9 C
Baku
Sunday, November 17, 2024

Rişi Sunak yenidən səs çoxluğu topladı

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin Baş naziri postuna keçirilən seçkilərin üçüncü turunda ən çox səs toplayıb.

Səsvermədə ikinci yeri 82 səslə beynəlxalq ticarət nazirinin müavini Penni Mordont tutub. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass 71 səslə üçüncü olub. Dördüncü deputat Kemi Beydnok (58) olub.

Beləliklə, Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat Baş nazir postu uğrunda mübarizəni tərk edib. O, fraksiyadakı həmkarlarından ən az – 31 səs toplayıb.

Seçkilərin dördüncü turunun iyulun 19-da keçirilməsi nəzərdə tutulub. Turlar iki əsas iddiaçı qalana qədər davam edəcək və hər dəfə ən az səs toplayan namizəd seçkidən kənarlaşdırılacaq.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər