16 C
Baku
Thursday, April 25, 2024

Riskə meylilik testi

Dərin bir xəndəyin dibinə sındırılmış şüşə qırıntıları tökürlər. Daha sonra isə bu xəndəyi sınaq iştirakçılarına göstərirlər ki, onlar əmin olsunlar ki, bura düşməmək daha yaxşıdır. Daha sonra onları xəndəkdən təqribən beş metr aralı aparır, gözlərini möhkəm-möhkəm bağlayır və xəndəyin düz qırağına yaxınlaşmağı təklif edirlər. Elə ilk addımından tərəddüd edən və ehtiyatlı davranmağa çalışan sınaq iştirakçıları olurdu. Həmçinin də olduqca cəsarətlə xəndəyə doğru gedənlər var idi ki, onları xəndəyə yıxılmamaq üçün tutub dayandırmaq lazım gəlirdi. 

Amma belə hesab olunur ki, hər iki halda həmin insanlar bədbəxt hadisəyə düçar olmağa meylli olur. Çünki bu tip insanların hər iki növü ətraf üçün müəyyən təhlükə kəsb edilər. Əgər, nümunə üçün onları avtomobil sükanı arxasına əyləşdirsək, onda birinci tip insanların nümayəndələri hər bir xırda şeydən qorxacaq, onların diqqəti ikinci dərəcəli detallara yayınacaq, bu isə qəzaya gətirib çıxara bilər. İkinci tip insanların nümayəndələri təhlükə baxımından heç də geri qalmırlar.

Onlar lazımsız və əsassız yerə risk etməyə meyllidir. Onlardan fərqli olaraq, yaxşı sürücü özünə arxayın şəkildə bir neçə addım qabağa atır, daha sonra ya ümumiyyətlə getməkdən imtina edir, ya getdikcə daha çox ehtiyatlılıq nümayiş etdirir və onun diqqətliliyi və ehtiyatlılığı hər addım atdıqca tədricən daha da artır.

Böyük bir lövhə üzərində tamamı ilə səliqəsiz şəkildə 1-dən 100-ə qədər rəqəmlər düzülür, daha sonra isə insanlara bu xaosdan rəqəmləri ardıcıl şəkildə tapmaq tapşırılır. Yalnız 10 min nəfərdən biri beş dəqiqədən az müddət ərzində bu tapşırığın öhdəsindən gəlir. Adətən isə insanlar bu müddət ərzində 25-dən 50 qədər rəqəmi tapıb çıxara bilir. Aşağı nəticə onu göstərir ki, insan çoxsaylı faktorlar içərisində ən başlıca olanı fərqləndirməyi bacarmır, o çaşqınlıq içərisində, ona lazım olanı seçmək əvəzində eyni anda nəzərini onlarla rəqəm üzərində saxlayır.

Hövsələni yoxlamaq üçün təcrübə: bir saat ərzində sınağa məruz qalan iştirakçılar rəqəmləri toplamalı, əldə olunan nəticəni əvvəlki məbləğin üzərinə əlavə etməlidir. Səbirli insan sakitcə rəqəmləri toplayır, özü də bu zaman onun toplama sürəti və dəqiqliyi vaxt ötdükcə tədricən aşağı düşür. Amma tez özündən çıxan insanlar az keçmədən həyacanlanmağa başlayır və tez yorulurlar. Amma ən təhlükəli o insanlardır ki, müəyyən ana qədər cəld və dəqiq işləyir, daha sonra isə onların səbri daşır, onlar çaşqınlığa düşür, fikirləri qarışır və öz diqqətlərini idarə etmək qabiliyyətlərini tamamı ilə itirirlər.

Aşağıdakı 25 sualdan hər birinə beş cavab variantından birini vermək lazımdır: “hə” (5 xal), “daha çox hə nəinki yox” (5 xal), “demək çətindir” (3 xal), “daha çox yox, nəinki hə” ( 2 xal), “yox” (1 xal).

1. Ağır xəstə olan insana kömək etmək üçün siz yol verilən sürət həddini keçərdinizmi?

2. Siz təhlükəli və uzunmüddətli ekspedisiyada iştirak etməyə razılaşardınız?

3. Siz qaçmağa çalışan təhlükəli soyğunçunun yolunu kəsməyə çalışarsınız?

4. Siz saatda 100 km sürətlə hərəkət edən yük qatarının çıxacağında (pilləkənlərdə) gedə bilərsinizmi?

5. Siz yuxusuz qaldığınız gecənin səhərini normal işləyə bilərsinizmi?

6. Siz buz kimi soyuq çayı hamıdan əvvəl keçməyə ürək edərdinizmi?

7. Siz öz dostunuza böyük məbləğdə pul borca verə bilərdiniz, baxmayaraq ki, onun bu pulu qaytaracağına tam əmin deyilsiniz?

8. Siz təlimçi (heyvanları əhəlləşdirən) ilə birlikdə vəhşi şirlərin olduğu qəfəsə girə bilərsiniz, əgər sizi əmin etsələr ki, bu təhlükəsizdir?

9. Siz sığortalanmadan (yəni sizi qoruyacaq vasitələrdən istifadə etmədən) hündür fabrik borusuna dırmaşa bilərsiniz?

10. Siz heç bir məşq keçmədən yelkənli qayıq idarə edərdiniz?

11. Siz qaçan atın yüyənindən tutmağa risk edərdiniz?

12. Siz, əgər ayağınıza təkcə botinkalar varsa buz bağlamış xokkey meydançasından cəld şəkildə qaçaraq keçərsinizmi?

13. Siz təyyarədən və ya vertolyotdan paraşütlə tullanarsınızmı?

14. Əgər lazım olarsa, siz Gəncədən Bakıya biletsiz gələrsiniz?

15. Siz lap yaxınlarda ağır yol qəzasına səbəb olmuş sürücü ilə avtomobil səyahətinə çıxarsınızmı?

16. Siz 10 metr hündürlüyə malik buruğun üzərindən yanğınsöndürən tentlərinin (örtük) üzərinə hoppanarsınızmı?

17. Siz yataq xəstəsi olmamaq üçün, həyat üçün təhlükəli olan əməliyyata gedərsinizmi?

18. Siz saatda 50 km sürətlə hərəkət edən qatarın pilləkənlərindən tullana bilərsinizmi?

19. Siz əgər başqa çıxış yolu olmazsa, 6 nəfər üçün nəzərdə tutulmuş liftdə, yeddi nəfərlə qalxarsınız?

20. Siz sevdiyiniz qadının xahişi ilə gözü bağlı şəkildə qaynar hərəkət olan çarpaz küçələri keçə bilərsiniz?

21. Əgər sizə yaxşı maaş versəydilər, həyatınız üçün təhlükəli işə gedərdiniz?

22. Beş qədəh şərab içdikdən sonra faizləri hesablaya bilərsiniz?

23. Əgər müdiriniz sizə desə ki, get yüksək gərginlikli naqili əlinə götür və inandırmağa çalışsa ki, naqildə elektrik yoxdur, bunu edərsiniz?

24. Bir neçə ilkin təlimatdan sonra sizcə vertolyotu idarə edə bilərsiniz?

25. Əgər biletin olsa, amma pulsuz və qidasız şəkildə Bakıdan Moskvaya yola düşə bilərsiniz?

Əgər topladığınız xalların sayı 100-ü keçərsə, siz həddindən artıq riskə meyllisiniz, əgər 50-dən az olarsa, siz ifrat dərəcədə ehtiyatlısınız.

Psixoloqlar risk dərəcəsini təhlükə haqqında təsəvvürlərin, təhlükəyə qarşı olan faktorlara olan nisbəti ilə müəyyən edirlər. Qəza hadisəsi- çətin situasiyada düzgün olmayan reaksiya və davranışın nəticəsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər