6 C
Baku
Saturday, December 14, 2024

Risk departamentinin direktoru

Şəhər Bakı
Telefon (012) 499 79 95
E-mail [email protected]
İş barədə məlumat
  • – Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır
  • – Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı RİK-ə və İdarə Heyətinə təqdim edir
  • – Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər verir
  • – Risk xəritəsini hazırlayır və onun icrasına nəzarət edir
  • – Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Baş Risk inzibatçısına məlumat verir
  • – Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı İdarə Heyəti, RİK və Müşahidə Şurasına təqdim edir
  • – Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir
  • – Aidiyyatı struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır
  • – Bankın qüvvədə olan qanunvericilik və Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili reqlamentə uyğun fəaliyyət göstərməsinə digər aidiyyəti struktur bölmələri ilə birlikdə nəzarət edir
  • – Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir
  • – Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır
  • – İş qrafiki: 09:00-18:00  (İstirahət günü: şənbə, bazar)
Namizədə tələblər
    • – Ali iqtisadi, ali hüquqi və ya biznes üzrə təhsil
    • – Bank və çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik sahəsində biliklər
    • – Banklarda risklərin idarə edilməsi sahəsində təcrübə
    • – Ən azı 5 il bank sahəsində iş təcrübəsi
    • – idarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti
    • – Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi

 

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər