14 C
Baku
Friday, November 8, 2024

Risk departamentinin Direktoru – Bank BTB ASC

Bank BTB ASC Risk departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir.

Risk departamentinin Direktoru

İş barədə məlumat:

1. Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
2. Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı RİK-ə və İdarə Heyətinə təqdim edir.
3. Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər verir.
4. Risk xəritəsini hazırlayır və onun icrasına nəzarət edir.
5. Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Baş Risk inzibatçısına məlumat verir.
6. Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı İdarə Heyəti, RİK və Müşahidə Şurasına təqdim edir.
7. Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
8. Aidiyyatı  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən  edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.
9. Bankın qüvvədə olan qanunvericilik və Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili reqlamentə uyğun fəaliyyət göstərməsinə digər aidiyyəti struktur bölmələri ilə birlikdə nəzarət edir.
10. Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir.
11. Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.

Namizədə tələblər:

 ali iqtisadi, ali hüquqi və ya biznes üzrə təhsil;
 bank və çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik sahəsində biliklər;
 banklarda risklərin idarə edilməsi sahəsində təcrübə;
 ən azı 5 il bank sahəsində iş təcrübəsi;
 idarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24.02.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risk departamentinin Direktoru)  göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər