Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması;
 - Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
 - Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması;
 - Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
 - Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi;
 - Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
 - Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması;
 - Audit yoxlaması nəticəsində qeyd edilən məqamların aradan qaldırılması üzrə tədbirlər planının və problemlərin eskalasiyası.
 
Tələblər
- Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
 - Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
 - Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
 - Komanda tərkibində yüksək işləmə qabliyyəti;
 - Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
 - Bank sahəsində ən azı 4, müzafiq sahə üzrə 2 illik iş təcrübəsi.
 
CV-lərinizi, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.


                                    





