6 C
Baku
Sunday, December 15, 2024

Risklərin İdarə Edilməsi departamenti, Kredit Risklərinin Strateji İdarə Edilməsi Şöbəsinin baş mütəxəssisi – TuranBank ASC

Departament: Risklərin İdarə Edilməsi
Şöbə: Kredit Risklərinin Strateji İdarə Edilməsi Şöbəsi 
Vəzifə: Baş mütəxəssis

Vəzifə öhdəlikləri:

• Bankın risklərin təhlili metodologiyasının təkmilləşdirilməsi;
• Bankın fəaliyyət istiqamətləri və kredit sahəsinə xarakterik olan riskləri müəyyən etmək, dəyərləndirmək və idarəedilməsi istiqamətində təkliflər vermək;
• Risk Xəritəsini, o cümlədən kredit risklərinin xəritəsini hazırlamaq. Müxtəlif təhlilləri, o cümlədən Portfelin inkişaf dinamikası (PD), Kaskad təhlili (Cascade Analyses/Transmission Matrix) və Vintaj təhlili (Vintage Analyses) aparmaq;
• Kredit portfelini təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək;
• Bankın struktur bölmələrində kredit risklərinin idarə edilməsi işinin qanunvericiliyə, habelə daxili təlimatlara, qaydalara və risk siyasətinə uyğun aparılmasını qiymətləndirmək;
• Bankda biznes proseslərinin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsil
• Bankın risklərin idarə edilməsi, audit, kredit və ya kreditlərə nəzarət bölmələrində 3 il və daha çox iş təcrübəsi
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı
• Rus və İngilis dillərində danışma və oxuma bacarığı
• MS Office proqramlarından istifadə bacarığı

Tərcümeyi-halınızı (CV)  [email protected]  email ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə müvafiq vakansiyanın adını qeyd etməyi unutmayın.

Son xəbərlər
Digər xəbərlər