12 C
Baku
Monday, November 25, 2024

Risklərin idarə edilməsi departamentinin Mütəxəssisi – Unibank

 

Başlıca öhdəliklər və məsuliyyətlər

• Kredit, Bazar, Likvidlik risklərinin müəyyənləşdirilməsində iştirak etmək;
• Rİsklərin kəmiyyət və keyfiyyət qiymətləndirmələrini aparmaq;
• PD, LGD, VaR, ES hesablamalarını həyata keçirmək.
• Müxtəlif risk faktorları üzrə ssenari qiymətləndirmələri və həssaslıq testlərini aparmaq;
• Risk modellərini qurmaq və yeniləmək;
• Risk iştahasının qurulması proyektində iştirak etmək.

Namizədin Profili

• Riyaziyyat, İqtisadiyyat və ya Biznesin idarəedilməsi üzrə ali təhsil (xaricdə təhsil almış namizədlərə və ya FRM və PRM sertifikat imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlərə üstünlük veriləcək);
• Yaş həddi 22 – 28;
• Rus və İngilis dilləri üzrə yüksək biliklər;
• Yüksək səviyyədə Microsoft office proqramları üzrə biliklər;
• Statistika və Ekonometrika sahələri üzrə biliklər;
• IT resurları üzrə biliklərə sahib olmaq arzuolunandır (SQL, VBA, statistik proqramlar);
• Analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 10.12.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Risklərin idarə edilməsi departamentinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər