7 C
Baku
Wednesday, December 25, 2024

Risklərin idarə edilməsində “Miqrasiya Matrisləri”nin əvəzsiz rolu

Miqrasiya matrisləri (başqa deyişlə transition matrixes) müəyyən dövr ərzində (misal olaraq: aylıq, rüblük, illik) bankın kredit portfelinin gecikmə günləri üzrə keçidini (hərəkətini) ölçən risk alətidir. Aşağıdakı cədvəldə aylıq miqrasiya matrislərinə nümunə verilmişdir:

1

Bu cədvəl noyabr 2015 tarixindəki kredit portfelinin dekabr 2015 tarixinə olan vəziyyətini göstərir. Cədvəlin ilk sətrində yer alan rəqəmlərin izahı belədir: noyabr 2015 tarixində gecikmədə olmayan (current) cəmi kredit portfelinin 1 ay sonra 8.15%-i 1-30 gün gecikməyə düşmüşdür, 10.77%-i bütün borcunu bağlamışdır və 81.08%-i isə oz statusunda qalmışdır. Qeyd etdiyimiz rəqəmlər sarı ilə işarələnmişdir.

Miqrasiya matrisləri əsasında hər bir gecikmə qrupu üzrə bankın “Roll Rate”-ləri hesablanır. Roll Rate  – hər bir status üzrə kredit portfelinin növbəti dövrə yuxarı statusa keçmə faizdir.

Hər bir gecikmə qrupuna iflas olma ehtimalı (PD) verilməklə ümumi portfelin potensial iflas həcmini proqnozlaşdırmaq mümkündür. İflas olma ehtimalları (PD) bankın empirik məlumatları əsasında qurulmuş miqrasiya matrislərinə əsasən müəyyən edilir. Gecikmə dövrü artdıqca bu ehtimal da yüksəlir və gecikmə müddəti 180 gündən artıq olan kredit qrupları üzrə iflas ehtimalı 100%-ə yaxınlaşır. İflas olma ehtimallarının (PD) hesablanması aşağıdakı cədvəldə qeyd edilmişdir:

3

Miqrasiya matrislərinin baza üzərində qurulması, cədvəllərin müxtəlif meyarlar üzrə avtomatlaşdırılması, nəticələrin təhlil olunması, iflas olma ehtimallarının  (PD) hesablanması, portfelin, portfel üzrə gecikmələrin və ehtiyatın proqnozlaşdırılması Risk Menecment kursunda tətbiq ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər