30 C
Baku
Monday, July 1, 2024

Risklərin idarəedilməsi departamentinin Kredit riskləri şöbəsinin Kredit portfelinin inzibatlaşdırılması qrupunun mütəxəssisi – Nikoil Bank

Öhdəliklər

  • Kredit sövdələşmələrinin müşayiəti –  Kredit sövdələşmələrinin verilmə prosesinin ABS-də rəsmiləşdirilməsi,
  • Bankın biznes-proseslərinə uyğun kredit sövdələşmələri üzrə kredit-təminatlı sənədləşmənin hazırlanması və düzgün rəsmiləşdirilməsi, sığorta polislərin rəsmiləşdirilməsi, notariat kontorlarla və digər strukturlar ilə əməkdaşlıq
  • Kredit dosyenin hazırlanması, skanı və onları sənədləşmə dövriyyəsi sisteminə tətbiq edilməsi, onları Bankda təsdiq olunmuş prosesə uyğun arxivləşdirilməsi
  • Kreditlərin bağlanma hissəsində idarəetmə uçotunun aparılması
  • Bankın kredit portfelinin təhlilin nəticələrinə dair məlumatın/hesabatların yığımı və təqdim edilməsi

Tələblər

  • Ali iqtisadi/riyazi təhsil
  • Bankın Risklərin idaerəedilməsi departamentinin bölməsində ən azı 1 illik təcrübə
  • Təqdimatların, böyük həcmli məlumatın yığımında, təhlilində və emalın formalaşmasında təcrübə
  • Analitik düşünmə qabiliyyəti və işgüzar fəallıq
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli
  • İdarəetmə, liderlik, ünsiyyət qabiliyyətləri
  • Azərbaycan, rus və ingilis dili bilikləri
  • Мicrosoft office (Excel mükəmməl səviyyədə) proqramları bilikləri

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Risklərin idarəedilməsi departamentinin Kredit riskləri şöbəsinin Kredit portfelinin inzibatlaşdırılması qrupunun kiçik mütəxəssisi /mütəxəssisi) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər