9 C
Baku
Friday, December 13, 2024

Risklərin İdar Edilməsi Departamenti aparıcı mütəxəssisi – Azərbaycan Sənaye Bankı

Risklərin İdar Edilməsi Departamenti Təhlili və Hesabatlıq Şöbəsinin aparıcı mütəxəssisi

Tələblər:

• Ali İqtisadi təhsil;
• İngilis və rus dili bilikləri;
• 2 il bank stajı, müvafiq sahə üzrə minimum 1 il iş stajı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.

İş haqqında məlumat:

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
• İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
• Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər;
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin İdar Edilməsi Departamenti aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur;
• CV-lər 31.08.2018-ci il tarixədək qəbul olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər