16 C
Baku
Thursday, April 25, 2024

Risklərin təhlili üzrə baş mütəxəssis – AFB Bank

Risklərin idarə edilməsi departamentinə Risklərin təhlili üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• İqtisadiyyat, maliyyə, riyaziyyat, statistika və ya digər dəqiq sahələr üzrə sahədə ali təhsil;
• Risklərin idarə edilməsi sahəsində azı 2 il təcrübə;
• Portfel və hesabatları təhlil etmək bacarığı;
• Statistik və riyazi biliklərə sahib olmaq;
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• Makro iqtisadi biliklər;
• Makro iqtisadi göstəricilərin analizi və stress testlərin aparılması üzrə biliklər;
• Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;
şə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İŞİN TƏSVİRİ:
• Bankın kredit riskinə məruz qalma səviyyəsini analiz etmək;
• Makro iqtisadi göstəricilərin analiz etmək və stress testlərin aparmaq;
• Kredit risklərinin idarə edilməsi üzrə yeni alətlərin və metodların tətbiqi barədə təkliflər etmək;
• Kredit risklərinin idarə edilməsi üzrə qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi işinin aparılması;
• Bankın kredit portfelini mütəmadi olaraq təhlil etmək;
• Mövcud kredit portfelində kredit risklərinin azaldılması və ya riskin ötürülməsi üzrə təkliflər vermək;
• Kredit riski limitlərinin təyin edilməsi barədə təkliflər vermək, eləcə də kredit riski sahəsi üzrə təsdiqlənmiş limitlərə riayət edilməsinə nəzarət etmək;
• Kredit risklərinin xəritəsini hazırlamaq, PD hesablamaq, Transmission matrix və Vintaj analizlər aparmaq;
• Kreditlərin verilməsinin təlimatlara, normativlərə, qaydalara, risk siyasətinə uyğun aparılmasına nəzarət etmək;
• İlkin və sonrakı dövrlərdə kredit sahəsində ehtimal edilən riskləri müəyyən etmək və qiymətləndirmək;
• Müxtəlif alətlər əsasında stres-testlərin keçirilməsini icra etmək;
• Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün makro iqtisadi risklərin mitiqasiyası üçün təkliflər verir;
• Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;
• Maliyyə bazarlarında kredit riskləri üzrə stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər