Riskli vergi ödəyicisinin meyarları hansılardır?

Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında  28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı

Riskli vergi ödəyicisinin meyarları

1. Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;

İzah: “A” MMC (və ya fiziki şəxs) 27.07.2020-ci ildə “B” MMC ilə 1000 manatlıq avadanlığın alınması üçün alqı-satqı müqaviləsi bağlayır. 04.08.2020-ci il tarixində elektron-qaimə faktura göndərir və “B” MMC-nin hesabına 1000 manat vəsait ödəyir.  “B” MMC götürdüyü öhdəliyi yerinə yetirmir və avadanlığı “A” MMC-yə göndərmir. Avadanlığın burada göndərilməməsi artıq əmtəəsiz əməliyyat sayılır. Vergi orqanı araşdırma apararaq görür ki, “A” MMC ilə “B” MMC əvvəlcədən aralarında razılaşma ilə əmtəəsiz əməliyyat aparıblar. Əməliyyatların aparılmasında sənəd şəklində hər şey qanuna uyğun olsa da, faktiki olaraq əməliyyatın yerinə yetirilməsində çatışmazlıq müəyyən edilib. Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC və “B” MMC-ni qərara əsasən riskli vergi ödəyicisi siyasına salır. 

Qeyd: Əgər “A” MMC və “B” MMC vergi orqanın işindən narazıdırsa, qanuna uyğun halda yuxarı instansiyalara şikayət edə bilərlər.

2. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);

İzah -1: “A” MMC (və ya fiziki şəxs) qazlı su istehsal (və ya idxal edir) edir. “A” MMC-nin vergi orqanında anbarı var (və ya icarəyə götürdüyü anbar). Sənəd üzərində anbar qeydiyyatdadır. Vergi orqanın araşdırmasına görə müəyyən olundu ki, “A” MMC-nin sənəd üzərində olan anbarı reallıqda mövcud deyil.  Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC qərara əsasən riskli vergi ödəyicisi siyasına salır. 

İzah – 2:  “A” MMC 1 ton  idxal (və ya əldə edilən)  mallar  edib. həcmi vergi orqanında olan məlumatlarla uyğunluq təşkil etmir. Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC qərara əsasən riskli vergi ödəyicisi siyasına salır. 

Qeyd: Hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar burada istisna hal təşkil edir.

3. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;

 İzah: “A” MMC-nin fəaliyyət növünün kodu 01162. Fəaliyyət növü isə pambığı becərilməsi ilə bağlıdır. Vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi zamanı müəyyən olunub ki, reklam işi ilə, kartof becərilməsi ilə və sair özünün aid olmayan fəailiyyət növü ilə məşğul olub. Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC qərara əsasən riskli vergi ödəyicisi siyasına salır. 

 Qeyd: “A” MMC tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər əldə etməsinə icazə verilir.

4. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;

İzah:  “A” MMC son 6 ayda satış üçün Rusiyadan  1000 ton taxıl alıb. İyul ayında 3000 ton idxal edib. Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC qərara əsasən riskli vergi ödəyicisi siyasına salır. 

   Qeyd:  “A” MMC malların mövsümi xarakterindən (misal: taxıl nə vaxt əkilir) asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallara icazə verilir. 

Qeyd: Yuxarıda qeyd olunan 1 – 4 bəndindəki  hüquqi  (və ya fiziki) şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs (və ya fiziki) riskli vergi ödəyicisi meyarına uyğun gəldikdə, riskli vergi ödəyicisi sayılır.

  1. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

İzah: “A” MMC, “B” MMC, “C” MMC, “D” MMC, “E” MMC-nin rəhbəri Asif Babayevdir. Asif Babayev “J” MMC-də rəhbəri təyin olunur. Belə olan halda Asif Babayev riskli vergi ödəyicisi sayılacaq. Səbəb 5-dən çox olmasıdır. 

Riskli əməliyyatların meyarları

  1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 

1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

İzah:  “A” MMC elektron qaimə fakturada ofis ləvazimatını aşağıdakı kimi alıb və ya idxal edib:

  1. A4 kağız 10 dəst
  2. Qələm 20 ədəd

Alanda (idxal edəndə) isə:

  1. Karandaş 10 dəst
  2. 2021-ci il üçün təqvim albomu 20 ədəd 

Göründüyü kimi “A” MMC aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi qeyd olunub. Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC qərara əsasən riskli vergi ödəyicisi siyasına salır.

1.2. Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

İzah:  “A” MMC 10 dəst  A4 kağız,  20 ədəd  qələm “B” MMC-yə mal təqdim edib. Vergi orqanı müəyyən edib ki, əslində göstərilən rəqəmlər üzrə əməliyyat aparılmayıb. Əksinə “A” MMC 20 dəst  A4 kağız,  30 ədəd  qələm “B” MMC-yə mal təqdim edib. Belə olan halda vergi orqanı əsaslı şəkildə, əlində olan faktlara əsaslanaraq “A” MMC qərara əsasən riskli vergi ödəyicisi siyasına salır.

Qeyd: Yuxarıda (1.1 və 1.2) qeyd olunan riskli işləri aparan şəxslər də, riskli vergi ödəyicisi hesab olunur. 

İqtisadçı-ekspert Rauf Qarayev.