12 C
Baku
Saturday, November 23, 2024

Risksiz aktiv qızılın bahalaşdığı zamanda Azərbaycanda hasilat 21% düşüb

Azərbaycanın qızıl, gümüş və digər əlvan metalların istehsalı 2022-ci ilin yanvar-fevral aylarında azaldıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk iki ayında Azərbaycan ərazisində 367.3 kq həcmində qızıl, 742.6 kq həcmində isə gümüş hasil edilib.

Qızıl hasilatı illik müqayisədə 20.8%, gümüş isə 7.9% azalıb.

DSK-dən bildirilir ki, 2022-ci ilin yanvar ayının məlumatlarında aparılmış müvafiq dəqiqləşməyə görə 166.9 kq qızıl, 287 kq gümüş hasil edilmişdir.

Dünya birjalarında (NYMEX) hazırda müharibə artması fonunda risksiz aktiv olan qızılın bir unsiyası (28.3495 qr) 1900-2070 dollar diapazonunda yüksək volatelliklə dəyişir. Bu da qramla 67-73 ABŞ dolları aralığında deməkdir.

DSK bildirir ki, ölkə ərazsində 374.2 kq həcmində mis hasil edilib, bu da 14% azalmadır.

Son xəbərlər
Digər xəbərlər