24 C
Baku
Tuesday, September 27, 2022

“Riviera” restoranı cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 13-də ölkə üzrə 328 ictimai iaşə obyektində 576 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanında yerləşən, fiziki şəxs Bağırov Kamil Mehdi oğluna məxsus “Crazy” kafesi;

2. Bakı şəhəri, Nizami rayonu, M. Şərifli küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Maqsudov Araz Nadirşah oğluna məxsus restoran;

3. Bakı şəhəri, Yasamal rayonu, M. Rəhim küç., ev 4A, m. 539-540 ünvanında yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğluna məxsus “Portofino” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 97A ünvanında yerləşən, fiziki şəxs Bayramov Həmid İmran oğluna məxsus “Pizza Line” kafesi;

5. Bakı şəhəri, Səbail rayonu, Q. Abbasov küç., ev 1 ünvanında yerləşən, hüquqi şəxs “Yeni Bulvar” MMC-yə məxsus “Riviera Hotel” mehmanxanasında fəaliyyət göstərən restoran.

Son xəbərlər
Oxşar xəbərlər